“Türkiyə - Rusiya əlaqələrini Qərbə qurban vermək çətindir” - Georgi Bovt 

12:20 29.11.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Rusiyanın məşhur siyasi və iqtisadi ekspertlərindən olan Georgi Bovt Qərbin Rusiyanın Türkiyənin köməyi ilə sanksiyalardan yan keçməsi ilə bağlı diskomfortla bağlı şərhləri dəyərləndirib.

Hafta.az-ın "Financial Times"a istinadən yazdığına görə, adıçəkilən qəzetdə yayımlanan təhlildə bu il hərbi sənayedə istifadə edilən 45 adda məhsulun Türkiyədən Rusiyaya ixracında nəzərəçarpacaq artım olduğuna diqqət çəkilib.

Qəzetin irəli sürdüyü məlumatlara görə, Türkiyədən Rusiya, Azərbaycan, Gürcüstan, Qazaxıstan, Qırğızıstan və Özbəkistana bu yüksək əhəmiyyətli məhsulların ixracı 2023-cü ilin doqquz ayında 158 milyon dollar olaraq qeydə alınıb.

Avropalıların Türkiyə, Birləşmiş Ərəb Əmirlikləri və keçmiş sovet ölkələrinə “həssas” məhsulların ixracına kvota tətbiq etməklə hədələdiyini xatırladan rusiyalı ekspert, “Çünki bu ölkələrin Rusiyaya tədarükündə ciddi artım var idi. Lakin onlar hazırda belə bir təcrübəyə əl atmırlar, çünki başa düşürlər ki, bu, özlərini ayağından vurmaq deməkdir. Üstəlik, növbəti sanksiyalar paketinin müzakirələri zamanı avropalı tərəfdaşların Rusiya ilə münasibətlərinə görə ikinci dərəcəli sanksiyalarla bunu aşmaması barədə söhbətlər gedirdi" deyib.

Qriqori Bovtun bildirib ki. indi Türkiyə ilə Rusiya arasında o qədər geniş əlaqələr var ki, onları tamamilə Qərbin xeyrinə qurban vermək çətindir. 2022-ci ilin məlumatlarına görə, Türkiyə Rusiyanın xarici ticarət tərəfdaşları arasında ikinci yerdə qərarlaşıb və ikitərəfli ticarət həcmi təxminən iki dəfə artaraq 62 milyard dollara çatıb. Yanvar-oktyabr aylarında bu göstərici təxminən 50 faiz artıb.

Ekspert qeyd edib ki, Rusiya təbii qazının Türkiyəyə sabit daşınması, eləcə də Akkuyu Atom Elektrik Stansiyasının tikintisi davam edir.

"Türkiyə hər il milyonlarla rus turisti qəbul edir. Beləliklə, bu mənada ABŞ Maliyyə Nazirinin Terrorla Mübarizə və Maliyyə Kəşfiyyatı üzrə köməkçisi Brayan Nelsonun əlindəki “kök” hələ də türkləri ruslarla əməkdaşlığı tamamilə kəsməyə məcbur edəcək qədər böyük və şirin deyil. Bununla belə, əlavə xərclər ola bilər”, - müəllif məqaləsini tamamlayıb.